AZ

Rusiyanın Şimali Koreya ilə hərbi əməkdaşlığı təhlükəlidir - Seuldan etiraz

Rusiya və KXDR arasında hərbi əməkdaşlıq Cənubi Koreyanın təhlükəsizliyinə təhdidləri artıra bilər.

Teleqraf.com xəbər verir ki, bunu Cənubi Koreyanın müdafiə naziri Kim Yon Hyun deyib.

"Rusiyanın hərbi-elmi texnologiyaları Şimali Koreyaya verilərsə, bu, təhlükələri daha da artıra bilər", - nazir Vaşinqtonda mətbuat konfransında deyib.

Hyon qeyd edib ki, Pxenyan Moskvanın köməyi olmadan belə, qitələrarası ballistik raketlərin atmosferə buraxılması texnologiyasını yaratmağa yaxınlaşır.


Müəllif: Arzu
Seçilən
47
teleqraf.com

1Mənbələr