AZ

Xəzəryanı ölkələr rəqəmsallaşma məsələlərini müzakirə edəcək

Xəzər regionu iqtisadi-ticari, nəqliyyat-tranzit, ekoloji, elmi, humanitar və digər sahələrdə nəhəng inkişaf potensialına malikdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağıstanda keçirilən II Beynəlxalq Xəzər Rəqəmsal Forumunun iştirakçılarına videomüraciətində bildirib.

O qeyd edib ki, Xəzəryanı ölkələrin birgə fəaliyyəti Avrasiyada sabitliyin və davamlı inkişafın təmin edilməsinə, beynəlxalq həyatın çoxqütblü prinsiplərinin möhkəmlənməsinə mühüm töhfə verir.

Nazirin sözlərinə görə, Forumun gündəliyi zəngindir, iştirakçılar Xəzəryanı əməkdaşlıq üçün rəqəmsal ekosistemin inkişafı üçün qabaqcıl rəqəmsal həllər və birgə layihələri müzakirə edəcəklər.

“Logistikanın rəqəmsallaşdırılması mövzusu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində malların daşınmasının sadələşdirilməsi və asanlaşdırılması kontekstində də böyük praktiki maraq doğurur”, - deyə S.Lavrov vurğulayıb.

II Beynəlxalq Xəzər Rəqəmsal Forumu oktyabrın 31-dən noyabrın 1-dək Rusiya Rəqəmsal İnkişaf Nazirliyi və Rusiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə Dağıstan Respublikasının Kaspiysk şəhərində keçirilir.

Forum iştirakçıları Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla rəqəmsal sahədə beynəlxalq əməkdaşlığı möhkəmləndirmək və Xəzər “beşliyi” çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsini təşviq etmək üçün rəqəmsallaşmanın praktiki məsələlərini müzakirə edəcəklər.

Seçilən
25
yeniazerbaycan.com

1Mənbələr