Bu ailələrin övladları təhsil almasalar, karyera qurmasalar da, böyük sərvət sahibidirlər.
News24.az işləmədən milyonlarla dollar sərvətə sahib olan məşhur adlar və sərvətlərini təqdim edir:
Paris Hilton
Paris Hilton məşhur Hilton Otellər şəbəkəsinin yaradıcısı Konrad Hiltonun nəvəsidir.
Paris zəngin doğulmuş və ailə sərvətini artırmaq üçün karyera quran insanlardan biridir. Forbes-in məlumatına görə, onun sərvəti miras və biznes investisiyaları da daxil olmaqla 300 milyon dolları ötür. O, şəxsi brendini yaradaraq bu sərvəti daha da artırmağı bacarıb.
Blue Ivy Carter
Jay-Z və Beyonsenin qızı Blu lvy dünyaya gələn kimi milyonlarla dollarlıq sərvətin sahibi olub.
Forbes məlumatlarına görə, məşhur cütlüyün təxmini xalis sərvəti təxminən 1,8 milyard dollardır və bu, Blue Ivy-nin gələcəkdə böyük bir mirasa sahib olacağını göstərir.
Bruklin Bekhem
Futbol əfsanəsi Devid Bekhem və moda ikonu Viktoriya Bekhemin böyük oğlu Bruklin Bekhem dünyaya gələndə ailəsinin şöhrətini və sərvətini miras aldı.
Bekhem ailəsinin təxmini xalis sərvəti 450 milyon dollardır və eyni zamanda öz sərvətini qurmağa başlayıb.
Şahzadə George
Britaniya taxtının üçüncü varisi olan Şahzadə George dünyaya gələn kimi kral ailəsinin dəbdəbəli həyatı ilə tanış olub.
George Britaniya kral ailəsinin sərvətləri və mülkləri sayəsində milyon dollarlıq mirasa sahibdir.
Luna Simone
Model Chrissy Teigen və müğənni Con Legendin qızı Luna Hollivudun ən tanınmış ailələrindən birində anadan olub.
Cütlüyün ümumi sərvəti təxminən 75 milyon dollar qiymətləndirilir.
Məryəm İlhamqızı