AZ

Almaniya İranın ölkə ərazisindəki bütün baş konsulluqlarını bağlayacaq

Almaniya hakimiyyəti İranın ölkə ərazisindəki bütün baş konsulluqlarını bağlamaq qərarına gəlib.

Bu barədə DPA agentliyi Almaniya Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir. Bağlanan konsulluqlar Frankfurt-na-Mayn, Hamburq və Münhendədir, İranın Berlindəki səfirliyi isə hələlik fəaliyyətini davam etdirəcək.

Nəşrin yazdığına görə, bu qərar İran və Almaniya vətəndaşlığı olan Cəmşid Şarmaxdın İranda edam edilməsinə cavabdır. Bundan əvvəl Berlində İsrail səfirliyi yaxınlığında baş verə biləcək terror aktının qarşısı alındığı bildirilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr