AZ

Futbolçular Kurban Berdiyevdən qorxur, yoxsa..?

“Turan Tovuz”un hücumçusu Otto Con Sportinfo.az-a müsahibə verib.

Nigeriyalı legioner komandasının “Kəpəz”ə qalib gəldiyi oyun (2:1) barədə sualları cavablandırıb.

- Autsayder üzərində qazandığınız qələbədən sonra məyusluq hissi çoxdur, yoxsa sevinc?

- Qarışıq hislər yaşayıram. Üzgünəm ona görə ki, oyunda çətinlik çəkdik, istədiklərimizi tam yerinə yetirə bilmədik. Ancaq yekunda lazım olan xalı qazandığımıza görə sevinirəm. Komanda şəklində göstərdiyimiz mübarizlik və qolu son dəqiqələrdə vurmağımız xoş haldır.

- Niyə bu qədər çətinlik çəkdiniz?

- “Kəpəz” heç də zəif rəqib deyil. Bu komandanın orta sıralarda yer alan rəqiblərdən heç bir fərqi yoxdur. Bizimlə oyunda bir daha göstərdilər ki, hələ çox komandalara problem yaradacaqlar. Ona görə də çətin oyun olacağını bilirdik. Qətiyyən rahatlıq yox idi bizdə.

- İkinci pillədə yer almağınız futbolçularda təzyiq yaradır?

- Şəxsən mənə görə heç bir təzyiq yoxdur. Əksinə, bu, əlavə məsuliyyətdir və xoş haldır. Bizim işimiz məşqçilər heyətinin verdiyi tapşırıqları meydanda icra etməkdir. Bunları bacarsaq, hər şey yaxşı olacaq.

- Kurban Berdıyev hansı özəllikləri ilə seçilir?

- İntizamın tərəfdarıdır. İstər meydanda, istərsə də ondan kənarda hərəkətlərimizə fikir verməyə çalışırıq. Bunu bütün futbolçular bilir deyə, hər kəs diqqətli davranır.

HƏBİB

Seçilən
8
sportinfo.az

1Mənbələr