AZ

Viktor Orban Donald Trampla nədən danışıb?

Macarıstanın baş naziri Viktor Orban oktyabrın 31-də Amerika prezidentliyinə namizəd Donald Trampla telefon danışığı aparıb.

Danışıq zamanı Orban gələn çərşənbə axşamı, noyabrın 5-də keçiriləcək prezident seçkilərində Trampa uğurlar arzulayıb. “Prezident Donald Trampla telefondan indicə ayrıldım. Gələn çərşənbə axşamı ona uğurlar arzuladım.

Cəmi beş gün qalıb”, – Macarıstanın baş naziri yazıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
1
editor.az

4Mənbələr