AZ

Maska 500 məktub göndərdi, “Tesla”da işə düzəldi

Hindistandan olan mühəndis İlon Maskın Tesla” şirkətinə 500 məktub göndərib və orada işə düzəlib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mint” məlumat yayıb.

Məlumata görə, Druv Loya ilk dəfə beynəlxalq proqram vasitəsilə ABŞ-yə tələbə kimi gedib. Universiteti uğurla bitirib məzun olduqdan sonra o, İT şirkətlərində bir neçə ödənişsiz təcrübə keçib.

Ancaq yaxşı tərcümeyi-halına baxmayaraq, iş tapa bilməyib. Vizasının müddətinin bitdiyinə görə qaçılmaz deportasiya olunacağından narahat olan Druv amerikalı milyarder İlon Maska məxsus elektrik avtomobillərini istehsal edən “Tesla”da işə düzəlmək qərarına gəlib. O, “Tesla”ya 300 dəfədən çox müraciət edib, şirkətin müxtəlif departamentlərinə 500-ə yaxın məktub göndərib, həmçinin beş ay ərzində təxminən on müsahibədən keçib.

Sonda o, şirkətdən təklif alıb və hazırda “Tesla”da texniki dəstək üzrə mütəxəssis kimi çalışır.

Seçilən
19
50
qafqazinfo.az

10Mənbələr