AZ

Yeganə qadın atletimizdən 8-ci yer

Polşanın Raşin şəhərində keçirilən ağırlıqqaldırma üzrə gənclər və 23 yaşadək atletlər arasında Avropa birinciliyi davam edir.

İdman.biz xəbər verir ki, bu gün qadınların mübarizəsində Rahilə Hüseynzadə körpücük üzərinə çıxıb.

Yığma komandamızın heyətində yeganə qadın idmançı olan Rahilə birinciliyi 8-ci pillədə başa vurub. 81 kq çəki dərəcəsində yarışan Hüseynzadə birdən qaldırma hərəkətində 85 kq, təkanla qaldırma hərəkətində isə 107 kq nəticə gostərib. O, toplamda 192 kq (85+107) göstəriciyə imza atıb.

Qeyd edək ki, oktyabr 24-də start götürən birinciliyə noyabrın 4-də yekun vurulacaq.

İdman.az

Seçilən
60
idman.biz

1Mənbələr