Moskva vilayətindəki məktəblərdə “Hellouin” və “Balqabağı Xilasetmə” bayramlarını qeyd etmək qadağan edilib.
Qaziler.az xəbər verir ki, bu barədə "Diqqət, xəbərlər!" teleqram kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, belə bir əmri təhsil nazirinin müavini Anna Qrebtsova şəxsən özü verib.
Hörmətli həmkarlar! Rusiya Federasiyası Prezidentinin [Vladimir Putinin] 1 noyabr 2022-ci il tarixli 809 nömrəli Fərmanının 14-cü bəndinə əsasən, sizdən uşaq bağçalarında və məktəblərdə Hellouin və Balqabağın Qurtuluşu bayramlarının qeyd edilməsi ilə bağlı tədbirlərin keçirilməsinin yolverilməzliyinə şəxsi nəzarət etməyinizi xahiş edirəm”, - Qrebtsovanın mesajında deyilib.
Kanal xəbər verir ki, məsələyə aydınlıq gətirilməsi üçün Moskva vilayətinin Təhsil Nazirliyinə müraciət edilib. Lakin idarədən heç bir açıqlama verilməyib.
QAZİLER.AZ