AZ

Saxtakarlığa əsaslanan qətnamə çirkin məqsədlərin, planların bəhrəsidir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Avropa Parlamentinin qəbul etdiyi Azərbaycanda vəziyyət, insan hüquqlarının, beynəlxalq hüququn pozulması və Ermənistana münasibət haqqında qətnamə artıq ölkəmizə qarşı yönəldilmiş məkirli niyyətlərin, ikiüzlülüyün nümunəsidir. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycana qarşı təsir mahiyyəti daşıyan saxta, əsassız faktlardan, yersiz iddialardan, tələb və təhdidlərdən ibarət olan bu sənəd Avropa Parlamentinin çirkin simasını, şovinist, irqçi mövqeyini bütün çalarları ilə sübut edir.

“Ölkəmizə qarşı yaramaz fəaliyyətdə olan ayrı-ayrı qrupların, maraqları, düşüncələri bu qətnamədə bir yerə çəm edilmişdir ki, bu da dövlətimizin beynəlxalq aləmdəki nüfuzuna, inkişafına kölgə salmaq məqsədi daşıyır. Bütün hallarda Ermənistana xüsusi qayğı və diqqət göstərilir, təcavüzkar ölkə silahlandırılır, maliyyə vəsaitləri təmin edilir, demokratik ölkə kimi dəyərləndirilir, ermənilərin çirkin əməlləri humanizm kimi təşviq olunur. Onların yeni müharibələr törətmələri üçün əsaslar hazırlanır, təlimatlar verilir. Qəbul olunmuş qətnamə xalqımızın qatillərinin azadlığa buraxılmasına tələb etmək, siyasi zorakılığın, faşizmə xidmətin, təcavüzə dəstəyin, beynəlxalq hüquqa, demokratiyaya, insan haqlarına hörmətsizliyin, parlament, deputat dəyərlərinin ayaqlar altına atılmasının, satılmasının, alçaldılmasının ifadəsidir və sülhə, əmin-amanlığa qarşıdır.

Azərbaycanı gözü götürməyən dairələr, ABŞ, xüsusilə də avropalı parlamentarilər bəşəriyyət üçün önəmli olan COP29-u da çox təəssüflər olsun, siyasətləşdirərək, Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə edir, bu tədbirin keçirilməsinə maneələr yaratmağa çalışırlar. Qərbin, Fransanın Ermənistanın və erməni lobbisinin bilavasitə sifarişi ilə hazırlanmış və yalan məlumatlara, hüquqi və tarixi saxtakarlığa əsaslanan bu qətnamə çirkin məqsədlərin, planların bəhrəsidir və beynəlxalq normaların, bəşəri dəyərlərin və prinsplərin, haqq-ədalət, insanlıq anlayışlarının, demokratik ənənələrin üzərindən xətt çəkir, həqiqətləri inkar edir və şəxsi mənafelərə, rüşvətə, dönüklüyə, saxtakarlığa hesablanıbdır. Bu, suverenliyimizə, inkişafımıza, dövlətimizin müstəqil siyasi kursuna xələl gətirməyə cəhddir və Avropa üçün yaxşı heç nə vəd etmir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev
Seçilən
39
1
sia.az

2Mənbələr