AZ

Seneqalda baş nazirin kortejini daşa basdılar

İşərisində Seneqalın Baş naziri Usman Sonkonun olduğu avtomobil karvanı izdihamın hücumuna məruz qalıb.

Bu barədə "SenePlus" xəbər portalı məlumat yayıb.

Qeyd olunur ki, etirazçılar avtomobilləri daşlayıblar. Hökumət başçısı xəsarət almayıb.

Bildirilir ki, avtomobillərə hücum ölkənin mərkəzi hissəsindəki Kunqeula şəhərində U.Sonkonun "Seneqal Vətənpərvərləri Əmək, Etika və Qardaşlıq naminə" (PASTEF) partiyasının lideri kimi ölkədə 17 noyabrda keçiriləcək parlament seçkisi ilə əlaqədar tədbirlərdə iştirakı zamanı baş verib. Kortej müxalifət fəallarının izdihamının yanından keçərkən maşınlara daşlar atılıb. Polis dərhal hücum edənləri qovub.

PASTEF öz lideri və Seneqal baş nazirinin öldürülməsinə cəhdlə bağlı məhkəməyə müraciət etdiyini açıqlayıb.

Mənbə: oxu.az

Seçilən
69
3
oxu.az

4Mənbələr