1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı prosedur qaydalarını rəsmiləşdirmək qərarını alqışlayır.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller "X" hesabında paylaşım edib.
Onun sözlərinə görə, bu, davamlı dialoq vasitəsilə tərəqqinin mümkün olduğunu nümayiş etdirir:
"Biz regionda təhlükəsizlik, firavanlıq naminə davamlı və layiqli sülhə nail olmaq üçün hər iki tərəfin işini dəstəkləyirik", - M.Miller bildirib.
The U.S. commends Armenia and Azerbaijan for formalizing the rules of procedure for border delimitation, demonstrating that progress is possible through sustained dialogue. We support both sides’ work towards a durable, dignified peace for security and prosperity in the region.
— Matthew Miller (@StateDeptSpox) October 31, 2024