AZ

Uzun sürən ədavət QANLA BİTDİ: yolun ortasında 4 qohumunu GÜLLƏLƏDİ

Dağıstanın Karabudaxkənd rayonunun sakini ona yol verməyən qohumunu güllələyib.

Publika.az xəbər verir ki, bu barədə "Mash Gor" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, yol münaqişəsi qohumlar arasında atışmaya səbəb olub.

Mübahisə iştirakçılarından biri magistral yolda qohumu ona yol verməkdən imtina etdikdən sonra travmatik silahdan istifadə edib.

Atışma nəticəsində 4 nəfər - biri başından və kürəyindən, onunla birlikdə avtomobildə olan 3 sərnişin də yaralanıb.

Seçilən
24
2
publika.az

3Mənbələr