Almaniyanın Tehrandakı müvəqqəti işlər vəkili Berlin hökümətinin İranın baş konsulluqlarını bağlamaq qərarı ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al-Alam” məlumat yayıb.
Berlinin İran və Almaniya vətəndaşlarını konsulluq xidməti almaq imkanından məhrum edən hərəkətlərinə etiraz edilib.
Xatırladaq ki, Almaniya tərəfi bəyan edib ki, İranın Frankfurt-Mayndə, Hamburqda və Münhendəki diplomatik nümayəndəliklər bağlanacaq. Almaniya rəsmiləri bu qərarı terrorçuluqda təqsirləndirilən, İran və Almaniya vətəndaşlığı olan Cəmşid Şarmaxd barəsində çıxarılan hökmə reaksiya kimi izah ediblər.