AZ

Çiyələk ürəyi və beyni qoruyur

ABŞ-ın Kaliforniya Universitetində aparılan bir araşdırma, çiyələyin xolesterini aşağı salaraq ürək və beyin sağlamlığına bir çox faydası olduğunu ortaya çıxarıb.

Ucnoqta.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, təzə, dondurulmuş və ya qurudulmuş çiyələkləri müntəzəm olaraq yemək ürək-damar risklərini azaldır və koqnitiv geriləməni gecikdirir.

2000-2023-cü illər arasında nəşr olunan 47 klinik araşdırma və 13 müşahidə araşdırmasından əldə edilən məlumatlar əsasında aparılan araşdırmada gündə bir ovuc çiyələk yeməyin ürək və beyin sağlamlığı üçün faydalı olduğu vurğulanıb.

Seçilən
36
ucnoqta.az

1Mənbələr