İspaniyada yaşanan sel fəlakətinə "Real Madrid" klubu səssiz qalmayıb.
"Operativ Media" xəbər ki, İspaniyanın köklü klublarından olan "Real Madrid" ölkədə baş verən sel fəlakəti qurbanlarına 1 milyon avro bağışlayacağını açıqlayıb.
Qeyd edək ki, Valensiya şəhərində baş verən sel fəlakəti səbəbindən La Liqanın 12-ci həftəsində keçiriləcək "Valensiya" - "Real Madrid" matçı təxirə salınıb.