AZ

ABŞ-da ayı maralı vuran ovçunu parçalayıb

ABŞ-ın Alyaska ştatında qonur ayı maralı vuran 50 yaşlı ovçu Ted Fujiokaya hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə NBC News məlumat verib.

Hadisə Sitka şəhəri yaxınlığında baş verib. Alyaska İctimai Təhlükəsizlik Departamentinin sözçüsü Tim DeSpain bildirib ki, kişi marala atəş açıb və daha sonra yırtıcının hücumuna məruz qalıb.
Polis hesab edir ki, ovçu maral leşinə gəln bir neçə heyvanın hücumuna məruz qalıb.

Ayıların hücumuna məruz qalan ovçu xilas ola bilməyib.

Seçilən
21
ucnoqta.az

1Mənbələr