AZ

Volkswagen, iş yerlərini qorumaq üçün işçilərin maaşlarını 10% azaltmağı düçünür

Volkswagen (VW) işçilərin maaşlarını 10% azaltmağı təklif edərək, IG Metall həmkarlar ittifaqı ilə kollektiv danışıqlar aparır.

Trend xəbər verir ki, şirkətin açıqlamasında avtomobil sənayesində yaşanan iqtisadi böhran səbəbindən VW-nin əmək haqqının 7% artırılması ilə bağlı həmkarlar ittifaqının tələbini yerinə yetirə bilməyəcəyi bildirilib.

Volkswagen hesab edir ki, maaşların 10% azaldılması, şirkətin rəqabət qabiliyyətini qoruyub saxlamaq və iş yerlərini təmin etmək üçün zəruri olan gələcək investisiyaların maliyyələşdirilməsinə imkan verəcək.

VW-nin baş müzakirəçisi Arne Maisvinkel Avropanın, xüsusən Almaniyanın avtomobil sənayesindəki çətin vəziyyətə görə narahatlığını ifadə edib və məşğulluğun qorunması üçün uğurlu fəaliyyətin vacibliyini vurğulayıb. Konsern, həmçinin, Almaniyada üç fabrikini bağlamağı və on minlərlə işçini ixtisar etməyi planlaşdırır.

Seçilən
8
1
valyuta.az

2Mənbələr