AZ

COP29 iqlim böhranını həll etmək üçün son şansdır - Türkiyə telekanalı

Image

Türkiyənin "Haber7" telekanalı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının qarşıdan gələn 29-cu sessiyasının - COP29 məqsədləri fonunda bərpaolunan enerji mənbələrindən (BEM) daha fəal istifadənin əhəmiyyəti haqqında reportaj hazırlayıb. Xəbərdə COP29 iqlim böhranını həll etmək üçün son şans kimi qiymətləndirilir.

Telekanalın reportajında ölkələrin enerji təhlükəsizliyini və davamlı inkişafını təmin etmək üçün qazıntı yanacaq növlərindən imtina edilməsi zəruriliyinə diqqət yönəldən ekspert Emrah Özgülün qiymətləndirməsi təqdim olunur.

Türkiyəli ekspertin fikrincə, Türkiyənin ekoloji məqsədlərinə nail olmaq, o cümlədən 2053-cü ilə qədər atmosferə zərərli emissiyaları sıfırlamaq üçün enerji sektoruna xüsusi diqqət yetirilməsi vacibdir.

Mətləb





Seçilən
15
baki-xeber.com

1Mənbələr