AZ

Yanğın zamanı yol polisi tıxacın qarşısın aldı

Oktyabrın 31- i axşam saatlarında  Xırdalandakı " Gənclər" şəhərciyində yanğın baş verib.

Yanğın söndürən maşınların , eləcə də təcili tibbi yardım avtomobillərinin hadisə yerinə vaxtında çatması üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının birinci tağımının  əməkdaşları axşam saatlarında Bakı- Quba avtomobil yolunda hərəkətin təhlükəsizliyini yüksək səviyyədə təmin edib.

Belə ki, həmin yolda axşam saatlarında bir qayda olaraq tıxaclar yaranır. Amma həmin axşam yanğın baş verərkən operativ xidmət maşınlarının hadisə yerinə vaxtında çatması üçün yol polisi bütün təhlükəsizlik tədbirlərini vaxtında həyata keçirib. Belə ki, yolda hərəkət tənzimlənib, tıxacın yaranmasına imkan verilməyib.

Yanğın yol polisinin köməkliyi ilə vaxtında söndürülüb. Hadisə yerinə Fövqəladə Hallar Hallar naziri Kəmaləddin  Heydərov da gəlib.Bir sözlə, Yol Patrul Xidməti Alayının birinci tağımının əməkdaşları öz üzərlərinə düşən vəzifəni yüksək peşəkarlıqla yerinə yetiriblər.

Emil Faiqoğlu      

Seçilən
24
adalet.az

1Mənbələr