AZ

Ərdoğan və Orban Qırğızıstana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Macarıstanın Baş naziri Viktor Orban noyabrın 5-də Qırğızıstana səfər edəcəklər.

Missiya.Az xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev Bişkekdə jurnalistlərə müsahibəsi zamanı məlumat verib.

O, bildirib ki, Orban səfər çərçivəsində Qırğızıstan Prezidenti Sadır Japarov ilə danışıqlar aparacaq və Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edəcək. Danışıqlarda Qırğızıstan-Macarıstan strateji tərəfdaşlığının geniş spektri müzakirə olunacaq və ikitərəfli əməkdaşlığın inkişafına dair bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Azımbakiyev qeyd edib ki, Ərdoğan da həmin gün Qırğızıstana səfər edəcək. Səfər zamanıTürkiyə lideri, Qırğızıstan Prezidenti Sadır Japarovla danışıqlar aparacaq və Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edəcək. Bişkekdə dövlət başçıları arasında məhdud tərkibdə görüş, eləcə də Qırğızıstan-Türkiyə Strateji Əməkdaşlıq üzrə Ali Şuranın 6-cı iclası keçiriləcək. Tərəflər iki ölkə arasındakı qarşılıqlı əməkdaşlıq sahələrini müzakirə edəcəklər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
7
22
missiya.az

10Mənbələr