Bakı. Trend:
Türkiyənin İzmir şəhərində narkotik cinayətlərinə qarşı mübarizəçərçivəsində həyata keçirilən 156 əməliyyatda saxlanılan 218şübhəli həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Trend xəbərverir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata əsasən, Şəhər Polis İdarəsinin Narkotik CinayətlərləMübarizə Şöbəsinin əməkdaşları İzmirin narkotik cinayətləribaxımından təhlükəsiz şəhər kimi tanınmasını təmin etmək məqsədiləoktyabrın 1-dən 31-dək küçə satıcılarına qarşı 156 əməliyyatkeçirib.
Qeyd edilib ki, əməliyyatlarda 24 kiloqram 357 qram marixuana, 5kiloqram 977 qram kokain, 35 kiloqram 457 qram sintetik narkotik,1,39 litr ketamin və 158 min 885 sintetik dərman müsadirə olunub vəümumilikdə 332 şübhəli saxlanılıb.
Polis əməliyyat tədbirlərindən sonra məhkəməyə göndərilənşübhəlilərdən 218-i məhkəmə qərarı ilə həbs edilib.