AZ

Abas Quliyevə yüksək vəzifə verildi

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-yə yeni direktor təyin edilib.

Azerforum.com xəbər verir ki, bu, Abas Quliyevdir.

O, zavodun rəhbərliyində Rasim Tahirovu əvəz edib.

Xatırladaq ki, “Bakı Cihazqayırma Zavodu” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22 913 728 manatdır. Müəssisə 2006-cı ildən nazirliyin tabeliyində fəaliyyət göstərir.

Seçilən
283
21
azerforum.com

10Mənbələr