AZ

Vatsapda tanış olduğu şəxsi söyüşə görə bıçaqladı - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rəvan Babayevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə onun əməli Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsindən həmin Məcəllənin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilib, cinayət təqibinə xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub.

 

İttihama görə, hadisə ötən il Abşeron rayonu, Masazır qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 2004-cü il təvəllüdlü Rəvan Babayevi 10-cu sinifə oxuyan qonşusu öz sinif yoldaşlarının olduğu vatsap qrupuna əlavə edib. O, həmin sosial şəbəkədə tanış olduğu zərərçəkmiş Qiyas Qiyasovla (şərti) mübahisə edib. Mübahisyə səbəb isə zərərçəkmişin güya onu təhqir etməsi olub. Sonra onlar görüşmək qərarına gəliblər. Gecə saat 2 radələrində Rəvan Qiyasın yaşadığı ünvanın yaxınlığına gedib. Söhbət zamanı o, üzərində olan bıçaqla zərərçəkmiş şəxs sağ sarğı, sağ bud və sol baldır nahiyələrinə qəsdən vuraraq ona bədən xəsarətləri yetirib.

 

Hadisədən sonra Rəvan Babayev saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

Tarix: 1 Noyabr 2024, 10:12   
Seçilən
10
pravda.az

1Mənbələr