Ötən gün Kolumbiyalı dünyaca məşhur pop ulduz Maluma ailəsi ilə birlikdə Hellouin bayramını qeyd edib.
OLAY yazır ki, bununla bağlı sənətçi instaqram səhifəsində paylaşım edib.
Maluma qızı Peris Londonyo Homeslə həyat yoldaşı, memar, dizayner Susana Homesin obyektivi qarşısına keçib.
Pop ulduz qızı ilə bərabər bayram üçün başlarına həcimli şlyapa qoyub. Şəkillərdə Maluma qızının üzünü şlyapa ilə gizlədib.
Həmin fotoları isə 31 yaşlı müğənni izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Maluma və Susana bu ilin martın 9-da ilk dəfə valideyn olublar.