Bakı.Trend:
2022-ci ildə dəniz suyunun səviyyəsinin aşağı enməsi iləəlaqədar gəmi gəzintisində fasilə yaranmışdı.
Bunu Trend-əaçıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətininrəhbəri Əfsanə Mehdiyeva
O bildirib ki, iki illik fasilədən sonra Mirvari gəmisi yenidənfəaliyyətə başlayıb.
“Bakı Bulvarında gəzinti gəmisi bugündən bərpa edildi. Gəminintəhlükəsiz və rahat hərəkəti məqsədilə Mirvari gəmisi təmir işlərigörüləndən sonra artıq istifadəyə hazır vəziyyətə gətirilib.Noyabrın 1-dən etibarən gəmi artıq fəaliyyətə başlayıb. Dənizsuyunun aşağı enməsi ilə əlaqədar artıq gəminin yeni ünvandanhərəkəti müəyyənləşdirilib. Əvvəl Sadko körpüsünün yanından hərəkətedirdisə, artıq dəniz vağzalının qarşısından hərəkətə keçəcək.Çünki burda dənizin dərinliyi gəminin rahat və təhlükəsiz hərəkətiüçün imkan yaradır”,-deyə o qeyd edib.