İtaliyanın Montebelluna qəsəbəsində yaşlı qadın içində 50 min avro dəyərində pul olan köhnə döşəyi atıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, qadın, onun içində pulun olduğunu unudub.
Oğrulardan qorxan 80 yaşlı qadın yığdığı pulu çarpayının döşəyində gizlədib və sonra tikib.
Polisin səyi ilə çarpayı tapılıb.
Qısa müddətdən sonra çarpayı və içindəki pul bütöv və tam tapılıb.