AZ

Azərbaycanlı gənclərin sevimli oyunu bu ölkədə qadağan edildi

Tacikistanda "GTA" və "Counter Strike" oynamaq qadağan edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Düşənbə şəhəri üzrə İdarəsi öz teleqram kanalında məlumat yayıb.

Mədəniyyət Nazirliyinin ekspertizasına görə, bu oyunlarda zorakılıq, qəddarlıq, qətl və quldurluq elementləri var.

"Hüquq-mühafizə orqanları tərəfindən aparılan təhlillər də göstərir ki, təəssüflər olsun ki, bəzi gənclər və yeniyetmələr mütəmadi olaraq belə oyunlara cəlb olunaraq onların mənfi təsiri altına düşərək müxtəlif cinayətlər törədirlər", - deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin İdarəsi vətəndaşları uşaqları nəzarətdə saxlamağa və onların bu cür oyunlar oynamasına imkan verməməyə çağırıb. Həmçinin qadağaların həyata keçirilməsi üçün rayonda kompüter klublarında mütəmadi reydlər keçiriləcək.

Qeyd edək ki, 2017-ci ildə Düşənbə meri azyaşlıların gecə vaxtı əyləncə mərkəzlərinə və kompüter klublarına getməsini qadağan edib.

Milli.Az

 
Seçilən
24
milli.az

1Mənbələr