AZ

“Türk silahları Ukraynada rusları öldürmək üçün istifadə olunur” – Lavrov

Türkiyə hakimiyyətinin Ukrayna böhranının həllinə dəstək vermək istəyi ilə bağlı bəyanatlarını nəzərə alsaq, Ankara və Kiyev arasında hərbi-texniki əməkdaşlığın davam etdirilməsi təəccüb doğurur.

Tribunainfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Hürriyet” qəzetinə müsahibəsində deyib.

“Təəssüf ki, Ankara Kiyev rejimi ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirir. Türk silahları Ukrayna silahlı qüvvələri tərəfindən rus əsgərlərini və mülki insanları öldürmək üçün istifadə olunur. Bu, Türkiyə rəhbərliyinin vasitəçilik xidmətləri göstərməyə hazır olması barədə bəyanatlarını nəzərə alaraq çaşqınlıq yaratmaya bilməz”, – Lavrov bildirib.

XİN rəhbəri əlavə edib ki, Rusiya siyasi həllə açıqdır: “Amma biz müvəqqəti atəşkəsdən yox, münaqişənin köklü səbəblərini aradan qaldırmaqla sona çatdırmaqdan danışmalıyıq”.

Seçilən
7
tribunainfo.az

1Mənbələr