Ailə Dünyası İctimai Birliyinin sədri Gülayə Səfərova QHT.az -a açıqlamasında zorakılığa məruz qalan şəxslər üçün sosial xidmətlərin səmərəliliyini müzakirə edib. O, ölkədəki sığınacaqların tibbi müayinə, psixoloji dəstək və hüquqların müdafiəsi kimi xidmətlər göstərdiyini bildirib. Səfərova, sığınacaqların maliyyə dəstəyi və yeni sığınacaqların açılması üçün ehtiyac olduğunu vurğulayıb. "Nəticə ilə mübarizə aparırıq, amma səbəblərlə mübarizə aparmalıyıq," - deyə o qeyd edib.
Pərvanə Fərhadqızı