AZ

Tramp Rusiya ilə dostluğunu inkar edib: “Şimal axını”nı mən məhv etmişəm...

Donald Tramp bildirib ki, “Şimal axını 2” qaz kəmərinin tikintisini dayandırdığı üçün Rusiyanın dostu deyil...

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Rusiya ilə əlaqələrlə bağlı suala cavab verərək deyib ki, məhz o, prezident kimi Rusiyanın “Şimal axını 2” qaz kəmərinin tikintisini dayandırıb.

Poliqon xəbər verir ki, Tramp bu barədə jurnalist Taker Karlsonun verilişində danışıb.

Trampın sözlərinə görə, tənqidçiləri onun Rusiyanın dostu olduğunu, Moskva üçün işlədiyini və ruslara casusluqda ittiham etməyi xoşlayırlar. Tramp bu insanları “xəstə” adlandırıb.

“Bu, Rusiyadan Almaniyaya qədər uzanan dünyanın ən böyük qaz kəməridir. Mən onu məhv etdim. Bunu məndən başqa heç kim edə bilməzdi. Mən onu dayandırdım”, deyə siyasətçi bildirib.

Tramp 2021 və 2022-ci illərdə qaz kəmərinin tikintisinin ləngiməsinə öz təsirini açıqlayıb. Onun sözlərinə görə, o, “Şimal axını 2”ni bağlayıb, lakin sonra Co Bayden ABŞ prezidenti olub və onu açıb.

“Şimal axını 2” boru kəmərinin tikintisi rəsmən 2021-ci ilin sentyabrında tamamlanıb. 26 sentyabr 2022-ci ildə “Şimal axını 2” kəmərinin iki qolundan biri partladıldı. İstintaq hələ də davam edir.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr