Yeni sorğuya görə, amerikalıların əksəriyyəti seçki günü ilə bağlı "narahat" və ya "məyus" hiss edir.
Bakıvaxtı.az bu barədə ölkə mediasındakı məlumatlara istinadla xəbər verir.
Belə ki, ABŞ-də aparılan sorğu nəticəsində məlum olub ki, ölkədəki vətəndaşların 70 faizi prezident seçkiləri ilə bağlı “narahat” və ya “məyus” hiss edib.
Associated Press-NORC İctimai Əlaqələr Araşdırma Mərkəzinin sorğusuna əsasən, Demokratlar və Respublikaçılar seçki günü ilə bağlı oxşar hissləri bölüşürlər.
Əli Hüseynov