“Biz iki alim sonuncu deportasiya zamanı tərk etmək məcburiyyətində qaldığımız Qərbi Azərbaycan ərazisindəki 600 qəbiristanlıqla bağlı tədqiqatımızı başa vurmuşuq. Bu qəbiristanlıqlardan 450-dən çoxu yer üzündən tamamilə yox edilib”.
Bizim.Media xəbər verir ki, bu sözləri deputat Əziz Ələkbərli parlamentin noyabrın 1-i keçirilən iclasında deyib.
O bildirib ki, 600 qəbiristanlıqdan cəmi ikisi salamatdır:
“Hazırda 3 qəbiristanlıq üzərində iş gedir. 600 qəbiristanlığın hər biri haqqında məlumatları bu gün ermənilərə havadarlıq edən ölkələrin özlərinin 1988-ci ildən əvvəlki və sonrakı dövrlərə aid peyk görüntüləri və digər təkzibolunmaz sübutlar əsasında hazırlamışıq”.
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta