Birinci Qarabağ müharibəsinin şəhidi Ələkbər Babayevin həyat yoldaşı Natavan Babayeva 32 il onun yolunu gözlədiyini bildirib.
"Far.Az"a açıqlamasında N.Babayeva övladları ilə birlikdə onun qayıdacağına ümid bəslədiyini deyib.
“Yoldaşımın itkin düşdüyü xəbərini eşitdiyim gündən nəşinin tapıldığı günə qədər hər günümü ondan xəbər alacağım ümidi ilə açmışam. Biz bu müddətdə bəlkələrlə yaşamışıq. Övladlarımla birgə onun nə vaxtsa qayıdacağına ümid bəsləmişik. İndi isə ən azından gedəcəyimiz bir məzar olacaq", - N.Babayeva bildirib.