AZ

Digər dövlətə məxsus hava gəmiləri ilə bağlı QƏRAR

Bakı. Trend:

“Digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa vəistismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuşsənədlərinə dair tələblərin həyata keçirilməsi Qaydası” təsdiqedilib.

Trend xəbər verir ki, bu barədə baş nazir ƏliƏsədov müvafiq qərar imzalayıb.

Digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərininuçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə vəuçuş sənədlərinə dair tələblərin həyata keçirilməsiQAYDASI

Bu Qayda “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun(bundan sonra – Qanun) 7.7-ci maddəsinin ikinci cümləsinə,“Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixliKonvensiyaya (bundan sonra – Konvensiya) və ona əlavələrlə müəyyənedilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalqstandartlarına və tövsiyə olunan təcrübəsinə, həmçinin “Doc 8335,müfəttiş yoxlamalarına, sertifikatlaşdırmaya və davamlı nəzarətədair Təlimat”ının yoxlama və davamlı nəzarətə dair müddəalarınauyğun olaraq hazırlanmışdır və digər dövlətdə qeydiyyatda olanmülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təminedilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin yerinəyetirilməsi üzrə prosedurları müəyyən edir.

Azərbaycan Respublikasının ərazisinə enən və ərazisindən qalxandigər dövlətdə qeydiyyatda olan mülki hava gəmisinin (bundan sonra- hava gəmisi) istismarçısı istismarçı sertifikatına və istismartələblərinə uyğun fəaliyyət göstərməli, uçuşları naviqasiya,kommunikasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş və buQayda ilə müəyyən edilmiş digər tələblərə cavab verən hava gəmisiilə yerinə yetirməlidir.

Azərbaycan Respublikasının ərazisinə enməsi və ərazisindənqalxması üçün Konvensiyanın 83 bis maddəsinə uyğun olaraq, digərdövlətdə qeydiyyatda olan hava gəmisinin Beynəlxalq Mülki AviasiyaTəşkilatının üzv dövlətləri ilə saziş imzalamış və uçuşa yararlılıqsertifikatının verilməsi öhdəliyini ötürmüş qeydiyyat 3 dövləti vəya istismarçı dövlət tərəfindən verilmiş hava gəmisinin uçuşayararlılıq sertifikatı olmalıdır.

Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar Qanunda,Konvensiyada və onun əlavələrində nəzərdə tutulmuş mənaları ifadəedir.

Bu Qayda ilə tənzimlənməyən məsələlər Qanuna və bu Qaydanın1.1-ci bəndində nəzərdə tutulmuş digər sənədlərə uyğun olaraqhəyata keçirilir.

Bu Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarət AzərbaycanRespublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanındaDövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.

Uçuşdan əvvəlki tədbirlər

Digər dövlətdə qeydiyyatda olan istismarçı uçuşdan əvvəlistismar etdiyi hava gəmisində aşağıdakıları yoxlamalıdır:

hava gəmisinin heyəti və sərnişinlər üçün tələb olunan miqdardaoksigen təminatı;

mətni ilə birlikdə sərnişin təlimatlandırma kartları;

uçuş heyəti və sərnişin kabinəsində daşınabilən yanğınsöndürücüvasitələr;

xilasedici qayıq və xilasetmə jiletləri, yaxud fərdi üzməvasitələri;

pirotexniki qəza-xəbərdarlıq qurğuları;

ilkin və təcili tibbi yardım çantaları;

möhkəmləndirilmiş konstruksiyaya malik uçuş heyəti kabinəsininqapısı;

qəza çıxış işarələri və işıqlandırılma;

havada toqquşmaların qarşısının alınması üzrə xəbərdarlıqsistemi;

qəza mayakları;

hava gəmisinin uçuş məlumatının qeydiyyatı, uçuş heyətininkabinəsinin səsyazmasını, uçuş görüntülərinin çəkilişini və məlumatbağlantısını qeydə alan qurğular;

yer səthinə təhlükəli yaxınlaşma barədə xəbərdarlıq sistemi.

Hava gəmisinin bortunda olması zəruri hesab edilənsənədlər

Digər dövlətdə qeydiyyatda olan istismarçı tərəfindən istismaredilən hava gəmisinin bortunda aşağıdakılar olmalıdır:

hava gəmisinin qeydiyyat sertifikatı;

hava gəmisinin uçuşa yararlılıq sertifikatı;

istismarçı sertifikatı və istismar tələbləri;

hava gəmisinin uçuş təlimatı və ya onun gəmisinin uçuş-texnikixarakteristikalarını göstərən digər sənəd;

radioavadanlıq sertifikatı;

hava gəmisi jurnalı, yaxud texniki qeydiyyat kitabı və ya ümumibəyannamə;

hava gəmisinin texniki xidmət buraxılışı;

yanacaqla və yağla doldurulmaya dair qeydlər;

səs-küy çirklənmələri normalarına uyğunluq üzrə sertifikat;

bu Qaydada nəzərdə tutulmuş saziş;

minimal avadanlıqların siyahısı;

hava gəmisinin istismar təlimatı;

normal, qeyri-normal və qəza vəziyyətində fəaliyyətprosedurlarına dair yoxlama siyahıları;

aeronaviqasiya xəritələri;

qanunsuz müdaxilə aktlarının baş verdiyi hallarla bağlı havagəmisinin axtarışı proseduru üzrə yoxlama siyahısı;

tələblərə uyğun tərtib edilmiş yük və balans sənədləri;

meteoroloji məlumatları və proqnozları əks etdirən sənədlər;

operativ uçuş planı;

NOTAM-lar (Aeronaviqasiya Məlumat Xidmətinin heyətə vaxtındaçatdırılması mühüm olan məlumatlardan ibarət bildirişlər).

Uçuş heyətinə dair tələblər

Digər dövlətdə qeydiyyatda olan istismarçı tərəfindən istismaredilən hava gəmisinin uçuş heyəti:

şəhadətnamə, vəsiqə və sertifikatlara, habelə uçuş heyətinin hərbir üzvünün tibbi yoxlamadan keçməsini təsdiq edən sənədlərə malikolmalıdır;

uçuşdan əvvəl alkoqollu içki, narkotik vasitələr, psixotropmaddələr və onların prekursorlarını və ya uçuşlarıntəhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrini qəbuletməməlidir.

Seçilən
19
4
az.trend.az

6Mənbələr