AZ

Səyyad Aran: 1 300 manat məvacib həkimin ehtiyaclarını qarşılamır

Azərbaycanda həkimlərin əməkhaqqısı az olduğundan xaricə üz tuturlar, nəticədə kadr çatışmazlığı yaranır.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Səyyad Aran parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, 1 200-1 300 manat məvacib həkimin ehtiyaclarını qarşılamır: “Məndə olan məlumata görə, məsələn, İmişli Rayon Mərkəzi Xəstəxanasında cəmi 30 həkim işləyir. O boyda rayonda sadəcə bir psixiatr var. Bəs camaat kimin üstünə getməlidir?! Yaxud müəllim pensiya yaşına çatan kimi işdən çıxarıb, yerinə yenisini gətirirlər. Lakin pensiya yaşı çatmış həkimlərlə müqavilənin vaxtını uzadaraq işləyirlər. Çünki həkim çatışmır”.

Seçilən
21
1
ikisahil.az

2Mənbələr