AZ

Alimlər güclü günəş partlaması barədə məlumat yayıblar

Noyabrın 1-nə keçən gecə Günəşdə güclü partlama olub. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiya laboratoriyası məlumat yayıb.

"Ən yüksək balda yeni günəş partlaması ilə bağlı məlumat daxil olub. Teleskoplardan əldə edilən məlumatlara görə, partlayış 3878-cü ərazidə baş verib. Partlayış məşəlinin maksimum emissiyası Moskva vaxtı ilə saat 00.20-də Yerin orbiti yaxınlığında qeydə alınıb. Rentgen axınının ölçülməsinin nəticələrinə əsasən hadisəyə X2.0 bal verilib", - məlumatda qeyd edilib.

Tural

Seçilən
25
news365.az

1Mənbələr