AZ

Birinci Qarabağ müharibəsi şəhidi Ələkbər Babayev dəfn edilib

Bakı. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilənşəxslərdən biri də Ələkbər Əzizağa oğlu Babayev olub.

Trend xəbər verir ki, 1992-ciil noyabrın 11-də Ağdərə rayonunda itkin düşən Ələkbərin nəşininqalıqlarının Tərtər şəhər məzarlığında tapılması bir ailəyə vəbütöv bir cəmiyyətə təsəlli gətirdi.

Şəhidin nəşinin ailəsinə təhvil verilməsi və təşkil olunan vidamərasimi Azərbaycanın hər bir vətəndaşı üçün dərin bir hörmətintəzahürüdür. Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki evindəkeçirilən vida mərasimi təkcə bir ailənin itkisinə deyil, bütünxalqın ağrı-acısını paylaşan kütləvi bir toplaşmaya çevrilmişdi.Mərasimə yüzlərlə sakinin, qazilərin, şəhidin ailə üzvlərinin,həmçinin dövlət və ictimaiyyət nümayəndələrinin gəlməsi Vətənuğrunda canından keçən qəhrəmanların əbədi yaşadığını bir dahagöstərir.

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşənŞəhidlər xiyabanında dəfn olunan Ələkbər Babayev adları Azərbaycanxalqının tarixinə yazılan şəhidlərin şərəfli siyahısına bir dahaqayıtdı. Dəfn zamanı hərbi orkestrin ifasında səsləndirilən DövlətHimni bu qəhrəmanların ruhuna ehtiram ifadəsi idi. Yaylım atəşi isəxalqımızın şəhidlərinin xatirəsini yaşatma əzmini təcəssümetdirdi.

Birinci Qarabağ müharibəsində itkin düşmüş və illərlə gözlənilənqayıdışı sükutla əbədiyyətə yola salınan Ələkbər Babayevin həyathekayəsi Azərbaycan xalqının Vətən uğrunda fədakarlığını və itkilərqarşısında sarsılmazlığını simvolizə edir.

Bu mərasimdə gözə çarpan sadə bir məqam, əslində xalqımızınşəhidlərinə olan ehtiramının böyük dəyərlər üzərində qurulduğunugöstərir: şəhidləri uğrunda canlarını verdikləri Vətənin torpağınaqovuşdurmaq, onların qəlblərdə əbədiyyətə çevrilən adlarını gələcəknəsillərə bir miras olaraq saxlamaqdır. Ələkbər Babayevin həyat vəşəhidlik yolu Azərbaycan gəncləri üçün bir örnəkdir.

Seçilən
15
3
az.trend.az

4Mənbələr