Rusiyanın Leninqrad vilayətinin Novosiverskaya kəndində narkotik vasitələrinin, silahların və 15 milyon rublun saxlandığı qaraçı evi aşkar edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Polis bunu Qatçina bölgəsində keçirdiyi reydlər zamanı aşkar edib. Məlumatna görə, evdən ov tüfəngi və iki travmatik tapança tapılıb. Həmçinin, bir neçə məntəqədə 50-dən çox qaraçı kişi saxlanılaraq əlavə araşdırma üçün şöbələrə göndərilib.
Aşkar edilmiş naməlum maddələr müayinə üçün laboratoriyaya göndərilib. Bundan əlavə, hərbi komissarlıq əməkdaşları tərəfindən saxlanılan qaraçılara hərbi qeydiyyat vərəqələri verilib.
Qeyd edək ki, bir həftə əvvəl Çelyabinsk vilayətinin Korkino şəhərində gənc bir qaraçının 40 yaşlı qadın taksi sürücüsünü öldürməsindən sonra Rusiya cəmiyyətində qaraçılara qarşı yaranmış etiraz dalğasının miqyası genişlənir. İş o yerə çatıb ki, baş vermis hadisədən sonra qaraçılar Korkino şəhərini kütləvi şəkildə tərk ediblər. Daha sonra bütün ölkə ərazisində hüquq-mühaizə orqanları tərəfindən qaraçıların kompakt yaşadığı məhəllələrə basqınlar həyata keçirilməyə başlanıb.
Aydın