AZ

Birinci Qarabağ müharibəsi şəhidi Ələkbər Babayev dəfn edilib

Bakı, TurkicWorld

Xəbər verdiyimiz kimi, Bakı bulvarında gəmi gəzintisi bərpa edilib.

Gəminin təhlükəsiz və rahat hərəkəti məqsədilə "Mirvari" gəmisi təmir işləri görüləndən sonra artıq istifadəyə hazır vəziyyətə gətirilib. Noyabrın 1-dən etibarən gəmi artıq fəaliyyətə başlayıb.

İnsanların marağı, uzun müddət gözləməsi nəzərə alınaraq, Dənizkənarı Bulvar İdarəsi tərəfindən gəzintinin əvvəlki qiymətlərinin saxlanılması qərarı verilib. Qiymətlər gəmidə yerinə görə 5-10 manat arasında dəyişir. Altı yaşına qədər uşaqlar üçün gəmidə gəzinti tam ödənişsizdir.

Su nəqliyyatında təhlükəsizliyi Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin Mühafizə Xidməti təmin edir

Qeyd edək ki, gəzintinin müddəti 35-40 dəqiqə çəkir. Gəminin sərnişin tutumu 446 nəfərdir.

TurkicWorld "Mirvari" gəmisindən görüntüləri təqdim edir:

Seçilən
13
turkic.world

1Mənbələr