AZ

Son on ayda Azərbaycan sərhədindən keçənlərin sayı açıqlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024-cü ilin yanvar-oktyabr ayları ərzində dövlət sərhədindən hərəkət edən şəxslərin sayı 7 milyon 917 min 396 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22% çoxdur.
Oxu.Az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarət Komandanlığına təşkil olunan mediaturda komandanlığın rəisi general-leytenant Elşən Verdiyev deyib.
O bildirib ki, 2024-cü ilin 10 ayı ərzində dövlət sərhədindən hərəkət edən nəqliyyat vasitələrinin sayı 1 milyon 372 min 888 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% artım deməkdir:
"Artım dinamikası əvvəlki illərlə müqayisədə həm şəxslərin sayında, həm də nəqliyyat vasitələrinin sayında müşahidə edilir".
Aygün Mirakif
Seçilən
46
50
oxu.az

10Mənbələr