AZ

Fernandu Santuş AFFA-nın ona ayırdığı otağı bəyənmədi, bu addımı atdı

Millinin baş məşqçisi Fernandu Santuş AFFA-nı böyük miqdarda xərcə salıb.

Bu ilin iyununda 4 illik müqaviləyə imza atan portuqaliyalı mütəxəssis federasiya binasında onun üçün nəzərdə tutulmuş iş otağını bəyənməyib.

70 yaşlı çalışdırıcı ondan qabaq yığmanın sükanı arxasında dayanmış Canni De Byazinin 3 il ərzində əyləşdiyi kabineti özünə yaraşdırmayıb.

Santuş birinci mərtəbədəki «hücrə»ni beşinci qatda daha geniş otağa dəyişib. Bundan başqa, oranı müxtəlif texniki avadanlıqlarla «bəzətdirib».

AFFA-nın «Port Baku»da 5000 min manata kirayələdiyi 4 otaqlı mənzildə qalan baş məşqçi burada olduğu müddətdə gündəlik qurumun binasına baş çəkir.

Səhər saatlarında otağına gələn sabiq «Beşiktaş»lı əksər hallarda iş saatının axırınadək oradan bayıra çıxmır.

SPORTİNFO.AZ

Seçilən
22
sportinfo.az

1Mənbələr