Sosial şəbəkələrdə "Azərpoç"tun adından saxta səhifə açılaraq guya itmiş və ya sahibi tərərfindən götürülməmiş bağlamaların ucuz qiymətə satışa çıxarıldığı bildirilir. Belə ki, qeyd olunan linkə daxil olandan sonra vətəndaşlardan müəyyən mərhələləri keçmək tələb olunur. Ardınca isə kart məlumatları istənilərək onların kartından pul oğurlanır.
Qeyd edək ki, daha əvvəl eyni cür dələduzluq Bakı Beynəlxalq Hava Limanının adından yayılmışdı. Guya itimiş əşyalar ucuz qiymətə satışa çıxarılırdı.
Xatırladaq ki, paylaşılan postun altında müxtəlif saxta adlarla şərhlər yazılar elanın "doğru" olduğunu sübut etməyə çalışırlar.
Daxili İşlər Nazirliyi dəfələrlə vətəndaşlara xəbərdarlıq edərək bu cür dələduzlara inanmamağı bildirib. Həmçinin “Azərpoçt” MMC və Elektron Təhlükəsizlik Xidməti kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara diqqətli olmağı, tanımadığı şəxslərdən, eləcə də müxtəlif mənbələrdən gələn bildirişlərdə göstərilən keçidlərə daxil olmamağı, fərdi məlumatlarını təqdim etməməyi, eyni zamanda, göndərilmiş bildirişlərin doğruluğunu rəsmi mənbələrdən - “Azərpoçt”un 169 - Çağrı Mərkəzi və ETX-nin qaynar xətti - “1654”, eləcə də hər iki qurumun rəsmi feysbuk hesabına bildirməyi tövsiyə edib.
Orxan