Paytaxtın Xətai rayonunda, Heydər Əliyev adına Neft Emalı Zavodu ərazisində iki gündür ki, sis müşahidə olunur. Eyni zamanda, bitişik ərazidə kəskin pis qoxu var. Sakinlərin çoxu baş ağrısından və göz yaşarmasından şikayətlənir.
Bu, əvvəllər, neft emalından alınan səmt qazının atmosferə atıldığı vaxtlarda da baş verib. Adətən bu qaz yandırılır, lakin iki gündür yanan səmt qazı məşəli görünmür. Buna görə də kəskin qoxu paytaxtın mərkəzinə doğru daha da yayılır.
İndiyədək Ekologiya və Təbii Sərvətlər Nazirliyi baş verənləri şərh etməyib. Ətraf mühitin daim monitorinqini aparan bu quruma zəng etmək cəhdləri nəticə verməyib.
COP29 ərəfəsində bu, Bakıda ekologiyanın vəziyyətinə dair yaxşı xatırlatmadır.