Bakı. Trend:
Oktyabrın 31-də Beynəlxalq Avrasiya Mətbuat Fondununtəşkilatçılığı ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığınİdarəsinin (OHCHR) 2024-cü il Sosial Forumu çərçivəsində “İnkişafnaminə minalardan təmizləmə” adlı yan tədbir keçirilib.
Trend xəbər verir ki, 40-dançox beynəlxalq təşkilat və hökumət nümayəndəsinin qatıldığıtədbirdə minaların və Müharibənin Partlamamış Qalıqlarının (MPQ)səbəb olduğu qlobal böhranın həlli üzrə məsələlər, mina probleminin18-ci DİM kimi qəbul edilməsi təşəbbüsü və minaların insanhüquqlarına və insanların sosial-iqtisadi həyatına təsiri kimiməsələlər müzakirə olunub.
Açılış nitqi ilə çıxış edən BAMF Prezidenti Umud Mirzəyevəvvəlcə tədbir iştirakçılarını salamlayıb, daha sonra isə BAMF-ınfəaliyyəti və Azərbaycanın mina probleminin ciddiliyi haqqındadanışıb. Umud Mirzəyev dövlət rəhbərlərini, beynəlxalq təşkilatlarıvə vətəndaş cəmiyyəti qurumlarını mina probleminin həllini davamlıinkişaf kontekstində prioritet kimi qəbul etməyə, bu istiqamətdə“18-ci DİM” təşəbbüsünü dəstəkləməyə və birlikdə minalara “yox”deməyə çağırıb.
Çıxışdan sonra tədbir iştirakçılarına “DİM 18 niyə vacibdir?”adlı video-təqdimatı nümayiş etdirilib. Mina kampaniyasına dəstəkxarakterli müxtəlif çağırışların yer aldığı videoda minaprobleminin statistik aktuallığı da öz əksini tapıb. Daha sonratədbirin moderatoru Cenevrə Geostrateji Araşdırmalar Mərkəzinin BaşKatib müavini Ventzlav Sabev mina aksiyası proqramında çalışanpanelistləri təqdim edərək və panel müzakirələri açıq elanedib.
İlk olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin(ANAMA) Beynəlxalq Əlaqələr şöbəsinin direktor müavini NərimanQasımov ANAMA-nın gücləndirilmiş fəaliyyəti ilə bağlı əsas qeydlərivə Azərbaycanın minatəmizləmə statistikasını diqqətə çatdırıb. O,xüsusilə, 2020-ci ilin noyabr ayından indiyədək baş verən minainsidentlərinə və mina qurbanlarının sayının çoxluğuna vurğu edib.Agentliyin nümayəndəsinin çıxışından sonra ardıcıl olaraqBeynəlxalq Hüquq və İnkişaf İnstitutunun (IRDG) idarə heyəti üzvüNidal Səlim, Piyada əleyhinə Mina Qadağası Konvensiyasının İcraDəstəyi Bölməsinin direktoru Xuan Karlos Ruan, Beynəlxalq MinalarınQadağan Edilməsi Kampaniyası (ICBL) nümayəndəsi Kasia Derlicka,kampaniyanın Azərbaycan üzrə rəhbəri Hafiz Səfixanov, HumanitarMinatəmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzinin (GICHD) ProqramƏməkdaşı Beatris Presutti və Nüvə Silahlarının Ləğv Edilməsi üzrəBeynəlxalq Kampaniyanın (ICAN) Tərəfdaşlıq üzrə mütəxəssisi FloryanEblenkamp çıxış ediblər. Tədbirdə BMT Qaçqınlar üzrə AliKomissarlığının nümayəndəsi, tanınmış ictimai xadim Şafak Pavey dəiştirak edib.
Tədbirin gedişatında Ermənistanın Cenevrədəki BMT və digərbeynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin birincikatibi Hambardzum Minasyan söz alaraq tədbirin çıxışçılarını yalanməlumatları paylaşmaqda və propoqanda etməkdə ittiham edib. OErmənistanın mina məsələsində günahsız olduğunu və Azərbaycana2021-ci ildə mina xəritələrinin təqdim olunduğunu bildirib. BAMFprezidenti Umud Mirzəyev müzakirələr zamanı səsləndirilənfikirlərin faktlara əsaslandığını və reallıqları əks etdirdiyiniəyani sübutla nümayiş etdirərək erməni diplomatın layiqli cavabınıverib. Umud Mirzəyev minadan zərərçəkən şəxslərin fotoları olanportretləri göstərərək onların Ermənistanın basdırdığı minalarınqurbanı olduğunu və öz yaşadığı evin də Ermənistan SilahlıQüvvələri tərəfindən dağıdıldığını, xüsusilə, qeyd edib.
Qeyd edək ki, bu yan tədbir BAMF-ın Azərbaycan RespublikasıQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyiilə həyata keçirdiyi "Minasız dünya təşəbbüsü - BMT-nin Dayanıqlıİnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi" adlı layihə çərçivəsindəbaş tutub.