Bakı. Trend:
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan vəşəxsiyyəti müəyyənləşdirilən Piriyev İsmət Medal oğlunun meyitininqalıqları Göyçay rayonuna gətirilib. O, Beyləqan rayonunda“Peyğəmbər” məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdu.
Trend xəbər verir ki, şəhidinnəşi bu gün rayonun Çərəkə kəndində ailəsinə təhvil verilib və vidamərasimi keçirilib.
Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər,eləcə də, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarınınəməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Çərəkə kəndŞəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifaolunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, Piriyev İsmət Medal oğlu 1994-cü ildə Füzulirayonunun Əbdürrəhmanlı kəndi ərazisində gedən döyüşlərdə itkindüşmüş sayılırdı.