Bakı. Trend:
Bakı və Sumqayıt vağzallarında, eləcə də Koroğlu və Pirşağıstansiyalarında kəsintisiz internet bağlantısı təmin edən pulsuz“Wi-Fi” zonalarında internetin keyfiyyəti təkmilləşdirilib.
Trend xəbər verir ki, bunuAzərbaycan Dəmir Yollarında Sərnişindaşımlar departamentinin rəisiAzər Fərəcov COP29 tədbirinə hazırlıq çərçivəsində medianümayəndələri üçün təşkil olunmuş brifinqdə deyib.
O bildirib ki, bununla yanaşı, qatarlarda yenicə istifadəyəverilmiş pulsuz internet xidmətinin keyfiyyətinə müntəzəm nəzarəttəşkil edilir:
"Eyni zamanda, sərnişin daşımaları üçün istifadə edilənqatarların monitorları COP29 mövzusuna uyğun vizual materiallarlabrendləşdirilib, qatarlarda əsaslı kimyəvi təmizləmə işləri həyatakeçirilib. Sərnişinlərin mənzilbaşına vaxtında və təhlükəsizçatdırılması üçün rezerv qatarlar ayrılıb".
"Daşımaların təhlükəsiz və vaxtında təşkili üçün mühafizəxidməti gücləndirilmiş iş rejimində çalışır. Qatarlarda vəplatformalarda mühafizə əməkdaşlarının sayı artırılıb. Stansiya vəvağzallarda, həmçinin, digər infrastruktur obyektlərində ADY-ninMühafizə departamentinin və Daxili İşlər Nazirliyinin Dəmir YoluNəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə günboyumühafizə xidməti aparılır.
Bakı Dəmiryol Vağzalında yerləşən situasiya mərkəzininfəaliyyəti təkmilləşdirilərək sərnişinlər, qatarlar, vağzal vəstansiyaların təhlükəsizliyinə fasiləsiz nəzarət edilir", - deyəA.Fərəcov əlavə edib.