"İnter Mayami"nin ulduz hücumçusu Lionel Messi MLS-də futbolun səviyyəsindən danışıb.
90deqiqe.Az xəbər verir ki, argentinalı forvard ABŞ-da basketbol, beysbol və amerikan futbolunun çox populyar olduğunu bildiyini, lakin adi futbolun bu qədər populyar olacağını gözləmədiyini bildirib.
“Burada necə ehtiraslı futbol oynanıldığını anlamırdım. MLS, bütün komandaların səfər matçlarında çox çətin anlar yaşadığı çox rəqabətli bir liqadır. MLS üçün əla vaxtdır”
Xatırladaq ki, bu mövsüm Lionel Messi MLS-in adi mövsümündə "İnter Mayami" ilə 20 görüş keçirib, 20 qol vurub və 11 məhsuldar ötürmə edib.