COP29 keçirildiyi ərəfədə akkreditasiyadan keçmiş şəxslər üçün Abşeron dairəvi dəmir yolu üzrə hərəkət ödənişsiz olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
O qeyd edib ki, bununla bağlı artıq təlimlər keçirilib.
“Akkreditasiyadan keçmiş şəxslərlə bağlı rəsmi məlumat daxil olub. Həmin şəxslərin sayı saytlarda və informasiya agentliklərində dərc olunacaq”, - deyə ADY rəsmisi əlavə edib.