Ağdam rayonunun Yusifcanlı kəndində naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cahangir Səfəralı oğlu Səfərovla Ağdam rayonu Quzanlı qəsəbəsində keçirilən vida mərasimi başa çatıb.
Bakıvaxtı.az-ın məlumatına görə, şəhidin nəşi Quzanlı qəsəbə Şəhidlər Xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, bu rayonların hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Cahangir Səfəralı oğlu Səfərov 1942-ci il iyunun 1-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. O, 1993-cü il iyunun 12-də həmin kənddə itkin düşüb./Report